» » SERGEY LAVROV: “MOSKVA BU İŞƏ QARIŞMIR”


SERGEY LAVROV: “MOSKVA BU İŞƏ QARIŞMIR”

Bölmə: SİYASƏT
SERGEY LAVROV: “MOSKVA BU İŞƏ QARIŞMIR”
“Bir sıra ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsmək barədə qərarı onların öz işidir, Moskva bu işə qarışmır”.

TİA.AZ “Ria Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Bu, onların öz işidir, bu, həmin dövlətlərin ikitərəfli münasibətlərindən irəli gəlir. Biz onların qərarlarına qarışmırıq. Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Maldiv, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına yardım göstərməkdə ittiham edərək bu ölkə ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər. dle