» » Prezident Administrasiyasındakı dəyişikliklərə YAP-dan ilk reaksiya - “Bu islahatlar...”


Prezident Administrasiyasındakı dəyişikliklərə YAP-dan ilk reaksiya - “Bu islahatlar...”

Bölmə: SİYASƏT
Prezident Administrasiyasındakı dəyişikliklərə YAP-dan ilk reaksiya - “Bu islahatlar...”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Prezident Administrasiyasının strukturunda edilən dəyişikliklərə münasibət bildirib.

S.Novruzov açıqlamasında deyib ki, ölkə Prezidentinin imzaladığı sərəncamlar çox müsbət addımlardır: (ölkə.az)
“Bu cənab Prezidentin səlahiyyətinə daxil olan məsələrdir. Bununla bağlı ötən il referendum yolu ilə Konstitusiyada da bir sıra islahatlar həyata keçirilib. Ona görə də bu islahatlar referendumdan sonra gözlənilən idi. Bu, birbaşa cənab Prezidentin səlahiyyətinə aid olduğu üçün müvafiq struktur islahatları həyata keçirilir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin, dövlət başçısı özünə yeni köməkçilər təyin edib. dle