» » “Aylıq 3100 manat gəlirim var” - Misir Mərdanov


“Aylıq 3100 manat gəlirim var” - Misir Mərdanov

Bölmə: MÜSAHİBƏ
“Aylıq 3100 manat gəlirim var” - Misir Mərdanov
"Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam.

Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər”.

TİA.AZ xəbər verir ki, bu sözləri keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Sabiq nazir modern.az-a geniş müsahibəsində bildirib ki, 2200 manat təqaüd, 900 manata yaxın da institutdan məvacib alır: "Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur.
Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam”.

M.Mərdanov bu il Azərbaycanda istirahət edəcəyini deyib: "Amma eyni zamanda Allah qismət etsə, 10 gün Türkiyədə, 10 gün də Berlində istirahət etmək fikrim var. Bundan başqa, mən İsmayıllıda da olacağam. Orada mənim evim var. Novxanıda da bağda olacağam”.
Keçmiş nazir həyat yoldaşının alman olduğunu qeyd edib: "Yoldaşımın atası bizim kəndli olub. Onun atası ilə anası Sibirdə sürgündə tanış olublar, orada evləniblər, sonra övladları olub. 1955-1956-cı illərdə bizim kəndə gəliblər. Yəni mən özüm kəndimdə olan adamla ailə həyatı qurmuşam”.
O, "nazir olanda o dövrün əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aranızda mübahisələriniz olub. Bu gün Əli Nağıyevlə əlaqələriniz varmı” sualına belə cavab verib: "Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var”.
O, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Təhsil Nazirliyinə heç vaxt "ilişmədiyini” bildirib. dle