» » “Biz bu gün Azərbaycan qazından asılıyıq” – NAZİR


“Biz bu gün Azərbaycan qazından asılıyıq” – NAZİR

Bölmə: MÜSAHİBƏ
“Biz bu gün Azərbaycan qazından asılıyıq” – NAZİR
“Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze “Regionda Enerji Sammiti” mövzusunda keçirilən tədbirdə bildirib.

Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.

“Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycanda təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq”, – energetika naziri qeyd edib.

dle