» » "İkinci güllə" ssenarisinə çəkilən filmin təqdimat mərasimi keçiriləcək


"İkinci güllə" ssenarisinə çəkilən filmin təqdimat mərasimi keçiriləcək

Bölmə: MƏDƏNİYYƏT
"İkinci güllə" ssenarisinə çəkilən filmin təqdimat mərasimi keçiriləcək
2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs1” ssenari müsabiqəsi keçirlilib. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edib.Münsiflər heyətinin qərarı ilə ssenari müsabiqəsinin qalibi Natiq Rəsulovun “İkinci güllə” ssenarisi seçilib.

Bu ssenari öz orjinal üslubu ilə bir çox prodüserlərin diqqətini cəlb edib. Nəticədə “Nərimanfilm” kinostudiyyasının maliyə dəstəyi ilə “İkinci güllə” ssenarisinə film çəkilib. Fevral ayının 17-də saat 18:00 da “Azərbaycan” kinoteatrında həmin filmin təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi “Nərimanfilm” kinostudiyyasının, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Kinoteatrlarının təşkilatı dəstəyi ilə keçiriləcək.(N) dle