» » "Yol əhvalatı" filmi özbək dilinə dubliyaj olundu


"Yol əhvalatı" filmi özbək dilinə dubliyaj olundu

Bölmə: MƏDƏNİYYƏT
"Yol əhvalatı" filmi özbək dilinə dubliyaj olundu
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Yol əhvalatı" kinokomediyası özbək dilinə dubliyaj olunub.

Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, özbək dilnə dubliyaj olunan "Yoldagi hangoma" filmin ssenarisi özbək tərcüməçi Rüstəm Cabbarov tərəfindən tərcümə edilib.

Dubliyajda Özbəkistanın bir sıra xalq və əməkdar artistləri iştirak ediblər.

Qeyd edək ki, Sovet dövründə "Arşın mal alan", "O olmasın bu olsun", "Qayınana", "Əhməd haradadır", "Nəsimi" bədii filmləri özbək dilinə dubliyaj olunub və hazırda da Özbəkistanda televiziya kanallarında nümayiş etdirilir.(N) dle