» » Aygün Bəylərin qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb


Aygün Bəylərin qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb

Bölmə: Kriminal
Aygün Bəylərin qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər Elmir Alxasov və Ramil Əsirov özünü qismən təqsirli bilsə də, digərləri özlərini qəti olaraq təqsirli bilməyib. Məhkəmə təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib. Bu zaman Elmir Alxasov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib.

O bildirib ki, zalda, ümumiyyətlə, heç kimin olmamasını istəmirlər. Digər təqsirləndirilən şəxslərdə vəsatətin təmin olunmasını istəyiblər. Zərərçəkmiş Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə təqsirləndirilən şəxsin vəsatətin təmin olunmamasını istəyib: "Təqsirləndirilən şəxs niyə görə qapalı prosesin keçirilməsini izah edə bilmir. Əgər onlar istintaqdakı kimi bir-birinin əleyhinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir səbəb yoxdur".

Vəsatət təmin edilməyib.

Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə prosesdə ifadə verib.

O, ifadəsində qeyd edib ki, təqsirləndiriləndən Elmir Alxasovla sinif yoldaşı olub: "Elmirlə məktəbdən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdikdən sonra kompüter mütəxəssisi çalışırdım. Elmir bir gün mənə zəng elədi ki, tanışın evini təmir edirlər. Pulları olmadığında təmiri özləri edirlər. Kömək lazım olduğunu dedi. Bildirdim ki, işdən çıxandan sonra gəlib kömək edərəm. 2 gün gedib onlara kömək elədim. Palçıq qarışdırdım, daş daşıdım. Bu uşaqları da orda tanımışam. Evin də Cavidə məxsus olduğu mənə məlum oldu".

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Elmir ona zəng edərək yeyib-içməyə çağırıb: "Ev başa çatmışdı. Elmir zəng elədi ki, sən də təmir zamanı kömək eləmisən, gəl, ye iç. Dedim, işdən çıxandan gələrəm. Dedilər, Abbas dalınca gələcək. Saat 2 idi. İş vaxtım qutardı. İşdən də tez çıxanda maaşım kəsilirdi deyə tam vaxtında çıxdım. Abbas gəldi, onun avtomobili ilə Qalaya gəldik. Evə çatmağımıza 100 metr qalmış Elmiri gördük. Rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman otaqda yerdə meyit gördüm. Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim, ürəyim bulandı. Tualetə getdim. İçəridə Ramil vardı. Mənə dedi, sənlik bir şey yoxdu, qohumlar arasında söz-söhbət olub. Sən heç kimə heç nə demə. Desən, səni də, ailəni də öldürərik. Mən Abbasdan xahiş elədim ki, məni evə aparsın. Biz ordan çıxdıq, məni evə gətirdilər. O gündən bəri heç biri ilə görüşməmişəm, əlaqə saxlamamışam. Ölkədən getmişdim, sonradan geri qayıtdım".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq dövründə bir neçə dəfə ifadə verib: "Birinci dəfə ifadə verməkdən imtina etmişəm. Sonra polisdə bizə təzyiq edildi, ifadəni onlar deyəm kimi yazıb qol çəkdirdilər. Orda şəkər tutdum. Şoka düşdüm. Müalicə Müəssisəsinə köçürtdülər. Daha sonra ifadəmi verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, heç zaman narkotik maddələrdən istifadə etməyib: "Nə satışı ilə məşğul olmuşam, nə də becərilməsi ilə. Mənim bu uşaqların narkotiklə əlaqəsinin olmasından xəbərim olmayıb. Olsaydı, heç zaman münasibət saxlamazdım".

Zərərçəkmişin nümayəndəsi Bəylər Məmişovun sualına cavab olaraq Fuad Məmmədzadə bildirib ki, qorxduğundan bu barədə heç kimə məlumat verməyib: "Məni təhdid eləmişdilər. Qorxduğumdan bu barədə heç kimə heç nə deməmişəm. Ümumiyyətlə, heç kimlə danışmamışam".

Prokuror bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədə danışdıqları arasında ziddiyyət var. Dövlət ittihamçısı buna görə onun istintaqa verdiyi ifadələrin elan edilməsini istəyib.

Hakim vəsatəti təmin edib. Onun istintaqa verdiyi ifadələr elan edilib.

Fuad Məmmədzadə istintaqa ifadəsində bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı "AK-48" adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim. Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən "Kapitalbank"ın filialında toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "AZ 1102″ indeksli poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim.

Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib".

Təqsirləndirilən şəxsin istintaqa ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: "Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmə dle