» » Ötən il “Aqrolizinq”in 14 mln. manat borcu silinib


Ötən il “Aqrolizinq”in 14 mln. manat borcu silinib

Bölmə: İQTİSADİYYAT
Ötən il “Aqrolizinq”in 14 mln. manat borcu silinib
2016-cı ildə “Aqrolizinq” ASC-yə hökumət tərəfindən edilən güzəştin (o cümlədən silinən borc) ümumi məbləği 13 mln. 835 min 777 manat təşkil edib.

“APA-Economics” “Aqrolizinq”in audit hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli qərarına əsasən lizinqə verilmiş kən təsərrüfatı texnikası üzrə debitor borclarına 13 mln. 412,589 min manat məbləğində 40% güzəşt “Aqrolizinq”in zərəri hesabına silinib.

Bununla yanaşı, maliyyə naziri Samir Şərifovun təklifi, baş nazir Artur Rəsizadənin 25 avqust 2016-cı il tarixli dərkənarına əsasən “Qara inək” fermer təsərrüfatının 423,188 min manat borcunun silinməsi təmin edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli qərarına əsasən İsmayıllı rayonundakı Nikitin adına kolxozun 782,081 min manat borcu, 13 avqust 204-cü il tarixli qərara əsasən isə lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə debitor borclarına 33 mln. 666,517 min manat məbləğində 40% güzəşt “Aqrolizinq”in zərəri hesabına silinib.
dle