» » Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər


Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər

Bölmə: İDMAN
Türkiyə Super Kuboku matçı Bakıda keçirilə bilər
“Beşiktaş” və “Konyaspor” komandaları arasındakı futbol üzrə Türkiyə Super Kuboku matçı avqustun 6-da Bakıda keçirilə bilər. “Report”un məlumatına görə, bu barədə “qara qartallar”ın prezidenti Fikrət Orman açıqlama verib.

F.Orman bildirib ki, bunu ona “Konyaspor”un prezidenti Ahmet Şan deyib: “Mən Şanı Türkiyə Kubokunu qazanmaları münasibətilə təbrik etdim. O isə Superkubok matçının Bakıda keçiriləcəyini bildirdi. Soruşdu ki, bundan xəbərin var? Xəbərsiz olduğumu bildirdim”.

Ardıcıl ikinci mövsüm çempion olan “Beşiktaş”ın prezidentinin fikrincə, oyunun Bakıda təşkili çox yaxşı olardı. O, Azərbaycanda oynamaq istədiklərini əlavə edib.

Qeyd edək ki, Türkiyə Super Kuboku qarşılaşmalarının Bakıda keçiriləcəyinə dair iddialar əvvəlki illərdə də ortaya atılıb. Amma bu, heç vaxt gerçəkləşməyib.
dle