» » Bağdadda növbəti partlayış törədilib, 23 nəfər öldü


Bağdadda növbəti partlayış törədilib, 23 nəfər öldü

Bölmə: DÜNYA, Manşet
Bağdadda növbəti partlayış törədilib, 23 nəfər öldüBu gün Bağdadda ikinci dəfə partlayış törədilib. APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Partlayış nəticəsində 10 nəfər ölüb.

Qeyd edək ki, bundan öncə Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobilə partlayış törədilib. Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Son partlayışa görə isə hələ ki, məsuliyyəti öz üzərinə götürən yoxdur. dle