» » Trampın prezident postunda atacağı ilk addım bəlli oldu


Trampın prezident postunda atacağı ilk addım bəlli oldu

Bölmə: DÜNYA, Manşet
Trampın prezident postunda atacağı ilk addım bəlli olduABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ağ Evdə atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib.

Onun sözlərinə görə, ölkədə daha təkmilləşdirilmiş səhiyyə sisteminə ehtiyac var. 2010-ci ildə Obama administrasiyası tərəfindən həyata keçirilmiş səhiyyə islahatı aztəminatlı vətəndaşlara subsidiyaların ayrılmasını nəzərdə tutur. Eyni zamanda, hazırda ABŞ vətəndaşları dünyada ən bahalı olan icbarı səhiyyə sığortasını əldə edir.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiyası yanvarın 20-də keçiriləcək. dle