» » Heyli «güclü və sərt» sanksiyaları anonsladı! - Rusiyaya qarşı


Heyli «güclü və sərt» sanksiyaları anonsladı! - Rusiyaya qarşı

Bölmə: DÜNYA
Heyli «güclü və sərt» sanksiyaları anonsladı! - Rusiyaya qarşı
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) antirusiya sanksiyaları əvvəlki səviyyədə saxlanacaq və daha «güclü və sərt» olacaq. Bu barədə ABŞ-nın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

Bununla yanaşı, daimi nümayəndə qeyd edib ki, ABŞ bir sıra sahələr üzrə Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır.
Beləliklə, Heyli kütləvi informasiya vasitələrində (KİV) ABŞ-ın indiki rəhbərliyinin guya, Rusiyaya yönəlik məhdudlaşdırıcı ölçüləri yumşaltmaq niyyətində olması barədə dərc olunmuş məlumatları şərh etmiş olub – deyə, «Politico» yazır.

«Bildiklərim yalnız bundan ibarətdir ki, biz, Ukrayna probleminə aidiyyəti olan sanksiyaları saxlamaq fikrindəyik – güclü və sərt…» – Heyli bəyan edib.

Bununla bərabər, daimi nümayəndənin sözlərinə görə, Birləşmiş Ştatlar dialoq variantları da axtarmağa çalışır – xüsusilə, bu, Suriya münaqişəsinin uğurlu həlli çərçivəsində əməkdaşlıq üçün vacibdir.

«Biz, həm də Rusiya ilə terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq edirik» – deyə, Heyli əlavə edib.
dle