» » Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır


Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

Bölmə: DÜNYA
Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır
Türkiyə Daxili İşlər Nazirliyi “Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib.

APA-nın məlumatına görə, bu barədə qərar “Resmi gazete”də dərc edilib.

Vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili – Fayzal Sarıyıldız və Tuğba Hezer də var. Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.

Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır. dle