» » Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı


Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı

Bölmə: CƏMİYYəT
Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandıMənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.

DİN xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.

Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib. dle