» » Sevinc Babayevanın oğluna hökm oxundu


Sevinc Babayevanın oğluna hökm oxundu

Bölmə: CƏMİYYəT, Manşet
Sevinc Babayevanın oğluna hökm oxunduAyxan Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində həyat yoldaşı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qısqanclıq zəminində baş vermiş hadisəylə əalqədar A.Məmmədova Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğludur. Həmin işlə bağlı S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.

Rəşad VAQİFOĞLU dle