» » Vəkil: "Təqsirli olduğu sübuta yetirilmədi, barəsində bəraət hökmü çıxarıldı”


Vəkil: "Təqsirli olduğu sübuta yetirilmədi, barəsində bəraət hökmü çıxarıldı”

Bölmə: CƏMİYYəT, Manşet
Vəkil: "Təqsirli olduğu sübuta yetirilmədi, barəsində bəraət hökmü çıxarıldı”Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz silah saxlamaqda ittiham olunan Cəfər Ağayevin barəsində bəraət hökmü çıxarılıb

Bu barədə virtualaz.org saytına vəkil Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, hakim ədalətli qərar qəbul edib: "Müdafiə etdiyim şəxs CM-nin 234.1 və 228.4-cü maddələri ilə ittiham verilərək həbs edilib. Həm ciddi prosessual pozuntulara yol verilmişdi, həm də üzərində qanunsuz əşyalar aşkar olunmamasına baxmayaraq, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmişdi. Yeddi aylıq həbsdən sonra C.Ağayev təqsirsiz olduğundan və cinayət əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarıldı”.

Qeyd edək ki, C.Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub. dle