» » “Metropark”da ayağı eskalatora ilişən 6 yaşlı qızın barmağı qopub


“Metropark”da ayağı eskalatora ilişən 6 yaşlı qızın barmağı qopub

Bölmə: CƏMİYYəT, Manşet
“Metropark”da ayağı eskalatora ilişən 6 yaşlı qızın barmağı qopubBakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. dle