» » Tariximizə, etnosumuza qayıtmalıyıq


Tariximizə, etnosumuza qayıtmalıyıq

Bölmə: CƏMİYYəT, Manşet
Tariximizə, etnosumuza qayıtmalıyıqDövlətimizin apardığı uğurlu siyasəti əsas tutaraq, mənəvi dəyərlərimizin qorunması, qədim ata-baba yurdlarımızda yaşamış tarixi şəxsiyyətlər, adət-ənənələri və bir sıra toponimləri geniş oxucu kütləsinə çatdırmaq üçün mütəmadi işlər aparırıq.
Bu məqsədlə işğal altında olan torpaqlarımızda yaşayış məskənləri, orada yaşayan insanların həyat tərzi, müqəddəs ziyarətgahların öyrənilib oxuculara təqdim edilməsi üçün silsilə olaraq bu mövzulara müraciət etməliyik.
Dövlət başçımız prezident İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsi olaraq, tarixi torpaqlarımız olan Zəngəzur mahalı, Göyçə mahalı, Dərələyəz mahalı, qədim mədəniyyət mərkəzimiz olan İrəvan şəhəri və bir çox yaşayış məskənlərində baş vermiş sonsuz sayda soydaşlarımızın başına gətirilən faciələri diqqətə çatdıracağıq.
Sizlərə təqdim edəcəyimiz hər bir tarixi məlumatlarda, eyni zamanda hər bir informasiyalarda canımız qədər sevdiyimizi Azərbaycanın dövlət maraqları prioritet məsələlər kimi diqqətimizdə olacaq.
Ata-baba yerlərimizin toponimləri, folkloru, adər-ənənələrinin gələcək nəsillərə çatdırılması əsas məqsədimizdir.
Qədim türk ellərində yaşamış soydaşlarımızın qəhrəmanlığı, mübarizliyi və el-obalarına olan məhəbbətləri mütamadi olaraq tərənnüm ediləcək.
Bildiyimiz kimi,işğal olunmuş qədim türk yurdlarında hər birimizin ata-babalarımızın məzarları,müqəddəs ziyarətgahlarımız və tükənməz folklorumuz qalıb. Bunların öyrənilib geniş oxucu kütləsinə çatdırılmasına,tarixçilərimizin və mütəxəssislərimizin hər bir hadisə üzərində təhlillər aparmasına ehtiyacı var.
Bu gün sevindirici haldır ki, milli mədəniyyətimizin öyrənilməsi üçün Heydər Əliyev Fondunun prezidenti, hər birimizin sevimlisi Mehriban xanım Əliyeva nə qədər layihələrə imza atır və bu işləri yorulmadan həyata keçirir.
Muğam sənətinin, aşıq sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi də bu dəyərli layihələrin tərkib hissəsidir.
Bildiyimiz kimi, qan yaddaşımızda olan dəyərli muğam sənəti tarixi Qarabağ torpaqlarımızda, aşıq sənəti Dədə Qorqud diyarı Göyçə mahalında parvazlanıb. Əsrlərlə inkişaf yolu keçən mədəniyyətimizin formalaşdığı yerlər, məhz qədim türk elləri olub.
Qurban Əliyev dle