» » eçmiş deputata cəza istəniləcək


eçmiş deputata cəza istəniləcək

Bölmə: CƏMİYYəT
eçmiş deputata cəza istəniləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklarının dəyəri ilə bağlı ekspert rəyi məhkəməyə təqdim olunub.

Bununla da, sübutların tədqiqi mərhələdəsi başa çatıb.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. D.Xəlilova cəza istəməsi dövlət ittihamçısına söz verilib. O, çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub və barəsində həbs-qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına köçürülüb.

D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiç rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb. dle