» » Siqaret çəkən uşağın valideynləri 250 manat cərimə olunacaq – Azərbaycanda


Siqaret çəkən uşağın valideynləri 250 manat cərimə olunacaq – Azərbaycanda

Bölmə: CƏMİYYəT
Siqaret çəkən uşağın valideynləri 250 manat cərimə olunacaq – Azərbaycanda
Azərbaycanda yetkinlik yaşına çatmayanların tütündən (siqaretdən) istifadə etməsinə görə valideynlər və yaxud qəyyumluq edən şəxslərlə bağlı ayrıca cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əlavələr təklif edilir.

Layihəyə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən həyata keçirilməsi tütündən istifadəsinə səbəb olduqda, 100 manatdan 250 manata qədər cərimə tətbiq olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. dle