» » MƏHƏRRƏM ƏLİYEV NAZİR MÜAVİNİ TƏYİN OLUNDU – Sərəncam


MƏHƏRRƏM ƏLİYEV NAZİR MÜAVİNİ TƏYİN OLUNDU – Sərəncam

Bölmə: CƏMİYYəT
MƏHƏRRƏM ƏLİYEV NAZİR MÜAVİNİ TƏYİN OLUNDU – Sərəncam
General Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb.

“AzPolitika” xatırladır ki, polis generalı Məhərrəm Əliyev bir-neçə gün əvvəl Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənərkən vəzifəsini itirmişdi. Struktur dəyişikliklərindək Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri işləyən Məhərrəm Əliyevin yeni strukturda yer almaması təəccüblə qarşılanmışdı.

Buna görə də, onun digər bir vəzifəyə təyin olunacağı gözlənilən idi. Prezidentin Məhərrəm Əliyevlə bağlı sərəncamı bu gözləntiləri doğrultdu dle