» » Natiq Əliyev Türkiyəyə aparıldı - Səhiyyə Nazirliyi (Yenilənib)


Natiq Əliyev Türkiyəyə aparıldı - Səhiyyə Nazirliyi (Yenilənib)

Bölmə: CƏMİYYəT
Natiq Əliyev Türkiyəyə aparıldı - Səhiyyə Nazirliyi (Yenilənib)
Ötən gün səhhətində problem yaranan energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb

Bu barədəSəhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında nazirin ailəsi onun müalicəsini davam etdirmək üçün Türkiyəyə aparıb.

Qeyd edək ki, ötən gün ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Onun ürəyinə stendlər qoyulub.

***

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

***

Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.

Rubrika.Az Lent.az saytına istinadla bildirir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan N.Əliyev xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiqləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir. dle