» » Ölkədə hansı rüşvətxor məmurların həbsi başlanır - Təcili


Ölkədə hansı rüşvətxor məmurların həbsi başlanır - Təcili

Bölmə: CƏMİYYəT, Manşet
Ölkədə hansı rüşvətxor məmurların həbsi başlanır - Təcili
017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək

Bu proqram çərçivəsində rüşvətə qarşı mübarizə sərtləşdiriləcək.

Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayr-ayrı məmurların həbsi gözlənilir. Əslində, zaman-zaman rüşvətxorlar ifşa edilir.

Rüşvətlə mübarizə "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişlənir. Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir. Gəncə Musiqi Kollecində tələbələrdən rüşvət yığılması ilə bağlı keçirilən əməliyyat növbəti dərs idi.

Əslində, 2011-ci ildən korrupsiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilib. Son zamanlarda isə rüşvətə qarşı mübarizə daha da gücləndirilib, ölkədə gedən sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrilib.(ulus)Həbslər dalğasının geniş vüsət alacağı bildirilir. Təhsil, səhiyyə şöbələrində, komitələrdə, yerli idarələrində, nazirliklərin regional qurumlarında yoxlamalar olacağı xəbər verilir.

Ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və antikorrupsiya təcrübəmiz öz innovativ xarakteri ilə seçilir.

Xüsusən gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilir.

Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib.

Korrupsiyaya şərait yaradan səbəblərin meydana çıxmasına imkan vermək lazım deyil. Bunun üçün də qanunvericilik bazası daha da möhkəmləndirilir.

Demək olar ki, bu istiqamətdə mühüm işlər görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır.

Artıq əhalinin korrupsiyaya qarşı dözümlülük səviyyəsi də kifayət qədər yüksəkdir. Burada ictimai təşkilatların, medianın rolunu da xüsusilə qeyd etmək lazımdır. dle