» » SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ


SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ

Bölmə: CƏMİYYəT, Manşet
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ
TANITIM:
İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuş, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirmiş və 1988-ci ildə həmin institutu bitirib.

Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamış, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışmışdır.

Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir.

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla bağlı azerinews.tv-yə ilginc məlumatlar daxil olub. Daxil olan məlumata onun Bakının kənd və qəsəbələrində yüz hektarlarla ərazini zəbt edərək qəsrlər, imarətlər ucaltmasından tutmuş, bizneslə məşğul olmasına və milyonluq yaxtalara sahib olması faktı yer alıb. SOCAR vitse-prezidentinin fantastik imkanlara sahib olmasını bir daha təsdiq edir ki, onun sərvətilə müqayisə olaunan ikinci bir oliqarx yoxdu.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ
Əldə edilən məlumatda oda bildirilir ki, Türkan qəsəbəsində böyük bir ərazini yaxtalarla dolu qaraj zəbt edir. Qaraj SOCAR vəzifəlisinin dəniz kənarında zəbt etdiyi 250 hektarlıq ərazinin M.İsmayılovun 10-a yaxın yaxtası daha cəlb edicidi. Yaxtalar xarici ölkələrdən xüsusi sifatişlə hazırlanaraq vitse-prezident üçün gətirilib. Yaxtanın hər biri M.İsmayılova 15-16 milyon dollara gətirilib.
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ
Növbəti sayda: Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, neft maqnatının ölkənin digər səfalı və bahalı ərazilərində də eyni vəziyyət hökm sürür. ARDNŞ-nin vitse prezidenti Mikayıl İsmayılov Şamaxıda, Ağsuda, Qubada, Qəbələdə də hektarlarla ərazidə tikilən bahalı sarayları vardır. Lakin burada durum bir qədər fərqlidir. Bu cah-cəlall və saraylar haqqında növbəti saylarda da geniş sönbət acmağa çalışacağıq.
Qeyd edək ki, növbəti yazılarda azerinews.tv- yə göndərilən həmin fotofaktları təqdim edəcəyik...

Qarşı tərəfidə dinləməyə hazırıq dle