» » Təhsil şöbəsi müdiri Elnur İsmayılov Təhsil naziri Mikayıl Cabbarovun göstərişlərini saymır?


Təhsil şöbəsi müdiri Elnur İsmayılov Təhsil naziri Mikayıl Cabbarovun göstərişlərini saymır?

Bölmə: CƏMİYYəT, Manşet
Təhsil şöbəsi müdiri Elnur İsmayılov Təhsil naziri Mikayıl Cabbarovun göstərişlərini saymır?
Keçmiş hərbi zabit Rauf Hüseynov Göyçay rayon Təhsil şöbəsi müdiri Elnur İsmayılov barədə ittihamlar səsləndirib.

Daxil olan müraciətdə R.Hüseynov yazıb ki, şöbə müdiri burada heç kimdir, çünki bütün işləri Sabirabad rayon İcra başçısı Nazim İsmayılovun qudası Rüstəm Talıbov idarə edir.

Rüstəm Talıbovun vəzifəsi müdirin köməkçisi olsa da, qudası Nazim İsmayılovun himayəsi altında Göyçay təhsilini iflic edib. Nəticədə Göyçay rayon məktəblərində saxtakarlıq korrupsiya halları baş alıb gedir.

“Mənim həyat yoldaşım Hüseynova Təranə Arif qızı, 1996-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub və 2000-ci ildə bitirib.

Təyinatla Göyçay şəhər Vüqar Əliyev adına 8 saylı ümumi orta məktəbə ana dili və ədəbiyyat fənni üzrə müəllim göndərilib və fasiləsiz olaraq həmən məktəbdə 2010-cu ilə qədər müəllimə kimi çalışıb.

Mənimlə ailə qurduqdan sonra həmin vaxt Sərhəd Qoşunlarında zabit kimi xidmət etdiyim üçü işimlə bağlı həyat yoldaşım işdən çıxdı. Mən ordu sıralarından xəstəliyimlə bağlı 2013-cü ildə, ehtiyata buraxıldıqdan sonra həyat yoldaşım yenidən 25 fevral 2014-cü ildə müqavilə ilə, həmin 8 nömrəli məktəbə işə qayıdıb, hazırda 3 il 3 ay işləyir və 13 il iş stajı var.

Lakin Göyçay rayon təhsil şöbəsinin rəhbəri Elnur İsmayılov və məsləhətçisi, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qudası Rüstəm Talıbov mənim yoldaşımı diaqnostik qiymətləndirməyə buraxmadılar.

Əsas isə onu gətirdilər ki, təhsil naziri Mikayıl Cabbarov 19 aprel 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təyin olunan vaxtdan, şifahi göstəriş verib ki, müqavilə ilə işə götürülənləri qiymətləndirməyə buraxılmasın”, - deyə söyləyib.

Şikayətçi bildirib ki, 2010- 2013 -cü illərdə ali təhsil ocaqlarını və kollecləri bitirmiş, eyni zamanda işə qəbul olunmaq üçün heç bir imtahan verməmiş, müqavilə ilə işə götürülüb.

“Diaqnostik qiymətləndirilməyə buraxılırlar, lakin mənim həyat yoldaşım 13 il iş praktikası var, hərbiçinin həyat yoldaşı ola-ola ona güzəşt olunmur və diaqnostik qiymətləndirilməyə buraxılmır.

Bu azmış kimi Elnur İsmayılov, Rüstəm Talıbov və Təhsil Nazirliyinin əməkdaşı Eşqin Bağırov kimiləri təhsil naziri cənab Mikayıl Cabbarovun adından istifadə edərək, mənə və yoldaşıma bildiriblər ki, 13 ildən artıq iş praktikasına baxmayaraq yeni tədris ilindən işdən azad olunacaq.

Mən bu barədə 29 mart 2017-ci il tarixində Mikayıl Cabbarova Azəraycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq “Müraciət etmək hüququ” ilə müraciət ünvanlasam da indiyəqədər baxılmayıb.

Hansı ki, vətəndaşların müraciətlərinə 15 iş günü müddətində baxılıb və rəsmi cavab verilməlidir. Hazırda ali təhsil almış insanlar diaqnostik qiymətləndirməyə buraxılmır, amma çoxlu sayda kolleci bitirən şəxslər işlə təmin olunurlar.

O zaman nə üçün əziyyət çəkib ali təhsil alırıq, elə onda bütün ali təhsil ocaqları bağlansın və kolleclərə yer verilsin. Cənab prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban Əliyevadan mənim bu şikayətimi araşdırmalarını xahiş edirəm”. dle