» » Ramiz Həsənovun adı MTN işində: Patent Komitəsində rəis generala xərac verib


Ramiz Həsənovun adı MTN işində: Patent Komitəsində rəis generala xərac verib

Bölmə: CƏMİYYəT, Manşet
 Ramiz Həsənovun adı MTN işində: Patent Komitəsində rəis generala xərac verib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də adı mahmudovçu banda ilə əlaqələrə bulaşıb
Komitənin cənub bölgəsi üzrə idarə rəisi MTN işi üzrə keçirilən məhkəməyə aylıq haqq verdiyini etiraf edib.
Zərərçəkmiş qismində ifadə vermiş Saleh Səmədov bildirib ki, hazırda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi vəzifəsində çalışır.
S.Səmədovun sözlərinə görə, bir gün evdə olduğu zaman telefonuna zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim etmiş şəxs onun həyətə düşməsini xahiş edib.
“Elə ev geyimində həyətə düşdüm, gördüm MTN əməkdaşları və mənim sürücüm də oradadırlar. Mənə nazirliyə gəlməyimin lazım olduğunu bildirdilər”.
Zərərçəkmiş bir sıra nüanslara aydınlıq gətirməkdən imtina etsə də, deyib ki, spirtli içkilər istehsal edən “Araz” MMC-nin formal olaraq təsisçisidir.
“Mənə MTN-də bir sıra suallar verildi, bir gün yarım nazirlikdə saxladılar. Sorğu-sualı aparan Zaur Məmmədova, Natiq Alıyevə və Füzuli Əliyevə qarşı heç bir şikayətim yoxdur. Mənim işim general Sübahir Qurbanovladır.
Bu adamla o vaxta kimi də münasibətimiz var idi, hər 3 aydan bir 10 min dollar haqq verirdik. Amma mənə orda bildirdilər ki, o iş başqa, bu iş başqa.
1 milyon manat istədilər, 300 min manatda dayandıq və o pulu verdim. İndi həmin pulu geri tələb edirəm”, – zərərçəkmiş deyib.
Komitə sədri Ramiz Həsənovun bu məsələdən bixəbər olması inandırıcı deyil. Onun cənub regional idarəsinə təyin etdiyi rəis MTN generalına xərac ödəyir və təbii ki, razılaşdırılmış qaydada baş tutur.
Bu həm də əksər məmurların, komitə sədrlərinin, icra hakimlərinin MTN şefi Eldar Mahmudovun qruplaşmasının əsarətində olduğunu göstərir. İllərlə mahmudovçu bandaya rüşvət vermiş məmurların adları bir-bir məhkəmələrdə açılır.
Ancaq onların bəziləri zərər çəkmiş qismində keçir. Halbuki, verdikləri rüşvət dövlətin pulu olub Üstəlik, rüşvəti verən də alan qədər məsuliyyət daşıyır.
Sabiq MTN generalı Akif Çovdarovun həbsindən bu günə qədər bir çox dövlət məmurunun Akif Çovdarov-Eldar Mahmudov ikiliyinə milyonlarla manat pul verdiyi ilə bağlı ölkə mediasında saysız-hesabsız informasiyalar yer almaqdadır.
Maraqlıdır, sabiq MTN rəhbərliyinə milyonlarla manat məbləğində pul verdiyi iddia olunan dövlət məmurlarının bu pulu hansı yolla əldə etdiyi araşdırılmalıdırmı?
Axı heç kimə sirr deyil ki, nəinki Azərbaycdan, dünyanın heç bir ölkəsində ən yüksək vəzifələrdə təmsil olunan məmurlar belə qanuni fəaliyət əsasında milyonlarla manat vəsaitə sahib ola bilməz. dle