» » “Yeni Bakı”da qanunsuz əməllər tüğyan edir - Bayram günü şəhərcik qarışdı


“Yeni Bakı”da qanunsuz əməllər tüğyan edir - Bayram günü şəhərcik qarışdı

Bölmə: CƏMİYYəT, Manşet
“Yeni Bakı”da qanunsuz əməllər tüğyan edir - Bayram günü şəhərcik qarışdı
28 may - Respublika Günü və “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis olunmasının bir illiyi münasibətilə “Yeni Bakı” şəhərciyində cəmiyyət tərəfindən bayram şənliyi keçirilib.

Feysbukda “Yeni Bakı sakinləri” səhifəsinə istinadla xəbər verir ki, bayram şənliyindən 1 həftə əvvəl müvafiq dövlət qurumlarına - Abşeron rayonu icra hakimiyyətinə, Abşeron rayon polis idarəsinə məktubla müraciət olunub. Bu müraciət nəticəsində razılıq əldə edilib.

Sakinlər yazırlar ki, lakin şəhərcikdə saxta idarəçiliklə məşğul olan, sakinləri soymaqda davam edən komendant Ehtiram Yusifov bayram şənliyinin keçirilməsinə 2 saat qalmış, öz çirkin əməllərini yenidən işə salıb:

“Guya sakinlərin dövlət əleyhinə çağırışlar etməsi, mitinq keçirilməsi ilə bağlı bu kimi yalan məlumat verməklə, Abşeron Polis idarəsinin əksər şəxsi zabit heyətini Şəhərciyə çağırtdırıb.(ulus)

Lakin şəhərciyə gələn polis heyəti bayram şənliyini görüb sakinlərlə həmrəylik nümayiş etdirib və beləliklə də Ehtiram Yusifovun çirkin əməlləri növbəti dəfə faş olub”.

Şəhərcikdə qanunsuz əməllər tüğyan edir və bunun birbaşa icraçısı “İlin Dörd Fəsli” MMC-nin direktoru Elnur Hüseynov və komendant Ehtiram Yusifov göstərilir.

Sakinlər deyirlər ki, sayğaclar adı altında 700-800 manat pul yığılsa da, hələ də sayğaclarımız qoyulmur, mənzillərimizə ÇIXARIŞ verilmir.

Çünki şəhərciyin yerləşdiyi torpaq 13 ha kənd təsərrüfatlıdır və torpağın təyinatı dəyişdirilməlidir, şirkət isə bu işdə maraqlı görünmür.

“Əziz sakinlər, bizlərdən qanunsuz sığorta pulları yığılır, halbuki 1 və 2-ci həyətin sakinlərindən də 3 il əvvəl sığorta adı altında pullar yığılıb ki, guya mənzillərə çıxarış veriləcək, lakin sığortanın müddəti bitib və hələ də çıxarış deyə bir şey yoxdur.

Hörmətli, sakinlər. İndi isə qazsız bina sakinlərini aldatmaq niyyətinə düşüblər. Belə ki, 9, 10, 11, 12, 13-cü təkbloklu binalara qaz çəkilib və sayğacların kartlarını komendatlıq, Azəriqazdan bu və ya digər yolla alaraq sakinlərə satmaq niyyətindədir.

Bəli, düz başa düşdünüz, satmaq niyyətləri var və artıq sakinlərin bir qismini komendantlığa dəvət edərək sığorta və kommunal ödəyəcəyi təqdirdə sayğaclarının kartları veriləcəyi bildirilir və təzyiq olunur! Əziz sakinlər. Halbuki qanunda və qanunvericilikdə belə bir şey yoxdur, sizləri diqqətli olmağa çağırırıq”.

Rubrika.Az dle