» » Zaqatalada və Daşkəsəndə zəlzələ baş verib


Zaqatalada və Daşkəsəndə zəlzələ baş verib

Bölmə: BÖLGƏ
Zaqatalada və Daşkəsəndə zəlzələ baş verib
Zaqatala rayonunda 4 bal, ətraf rayonlarda isə 3 bal gücündə zəlzələ qeydə alınıb

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, zəlzələnin episentri Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb. Zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

Daşkəsən rayonunda da zəlzələ baş verib. Saat 12:58-də və saat 13:00-da iki təkan qeydə alınıb. Zəlzələnin gücü təxminən 3 bal olub. Hər hansı bir dağıntı isə qeydə alınmayıb. dle