» » Oğuzda ilanlar evlərə hücum çəkib


Oğuzda ilanlar evlərə hücum çəkib

Bölmə: BÖLGƏ
Oğuzda ilanlar evlərə hücum çəkib
Oğuzun Padar kəndində bir ailənin yaşadığı evə ilanlar hücum çəkib

Havalar istiləşəndən sonra sürünənlər yenidən üzə çıxıb və getdikcə sayları artır. Vəziyyətlə bağlı aidiyyati qurumlara məlumat verilsə də, hələlik çarə tapılmayıb.

PİA.AZ xezerxeber.az-a istinadən bildirir ki, evin içərisində, həyətdə, hətta tavan hissənin aralarında belə ilanlar gəzişir.

Oğuzun Padar kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Çəmşir Ələsgərovun ailəsi artıq bir-neçə ildir ki, ilanlarla birlikdə yaşayır. Havalar istələnən kimi yenidən üzə çıxıb və getdikcə sayları artır.
Evə Baytarlıq İdarəsinin nümayəndələri də baxış keçiriblər. Müəyyən tədbirlər görülsə də, hələlik çarə tapılmayıb. dle