» » FHN-nin əməkdaşı turizm şirkəti açıb insanları aldadır — ŞİKAYƏT


FHN-nin əməkdaşı turizm şirkəti açıb insanları aldadır — ŞİKAYƏT

Bölmə: ARAŞDIRMA, Manşet
FHN-nin əməkdaşı turizm şirkəti açıb insanları aldadır — ŞİKAYƏT

Azərbaycanda fəaliyyət göstərən "Soul Travel" şirkəti haqqında şikayət var

"Ölkə.Az" xəbər verir ki, Rəhimbəyli Rüfət Əli oğlunun rəhbəri olduğu şirkət insanların inamından sui-istifadə edir.

Belə ki, universitet müəllimi Rəfiyeva Milla və tanınmış telejurnalist Qabulova Könül (adlar şərtidir, şəxslər ictimai nüfuzlarına görə adlarının çəkilməsini istəmir) "Soul Travel" şirkətindən Türkiyəyə endirimli tur alıblar. Lakin sonradan ortaya çıxıb ki, onlara verilən bilet nüsxələri saxtadır və əslində aldadılıblar.

Adı çəkilən şəxslər şirkətin rəhbəri Rəhimbəyli Rüfət ilə əlaqə saxlayaraq onu bu hərəkəti ilə əlaqədar hüquq mühafizə orqanlarına və məhkəməyə şikayət edəcəklərini bildiriblər. Bundan sonra R.Rəhimbəyli aldatdığı şəxslərin pulunun bir hissəsini qaytarıb.

Maraqlısı budur ki, R.Rəhimbəyli pulu qaytarmağa gələrkən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim formasında olub.

Qeyd edək ki, "xilasedicinin" bu addımı eyni zamanda Azərbaycanda turizm sahəsinin inkişafına da zərər vurur. Onun Azərbaycan vətəndaşları ilə yanaşı xariciləri də aldadaraq onları çətin vəziyyətə saldığı bildirilir. dle