» » Moskvadan yeni Qarabağ həmləsi? - İmitasiyamı, yoxsa...


Moskvadan yeni Qarabağ həmləsi? - İmitasiyamı, yoxsa...

Bölmə: ARAŞDIRMA
Moskvadan yeni Qarabağ həmləsi? - İmitasiyamı, yoxsa...
Azər Qasımlı: “Sabahkı görüş rutin bir görüş olacaq və son 10 ildə olan görüşlərdən heç nə ilə fərqlənməyəcək”

Zaur Əliyev: “Əgər bu səfər də ermənilərin siyasi oyunu baş tutmasa, çarənin torpaqları hərbi yolla geri qaytarmaqda olacağını da bilirlər”.

Sabah Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirinin Moskvada görüşəcəyi rəsmən təsdiqlənib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Sergey Lavrov, Elmar Məmmədyarov və Eduard Nalbandyan arasında aprelin 28-də Moskvada keçiriləcək görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunacağı bildirilib. Nazirlərin görüşü münaqişənin həlli üçün nə vəd edir? Ümumiyyətlə, hazırkı durumda Moskvanın yenidən danışıqları başlatması nəylə bağlıdır? Bu görüşdə hansısa anlaşma, ya da razılaşma əldə olunma ehtimalı varmı, yoxsa bu növbəti imitasiyadır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin fikirlərini öyrənib.
Azər Qasımlı: “İndiki durumda hansısa konkret gözlənti və ya razılaşdırılmış format ortada yoxdur”.

Nazirlərin sabahkı görüşünün əvvəlki görüşlərdən heç bir fərqinin olmayacağını bildirən politoloq Azər Qasımlının fikrincə, bu görüş sadəcə olaraq rutin görüşlərdən biridir:

“Artıq illərdir ki, bu cür görüşlər baş tutur. Hər görüşdə də eyni sözlər, eyni təkliflər səslənir. Ancaq bu görüşlərin heç bir nəticəsi olmur. Sadəcə Rusiya tərəfi liderliyi öz üzərinə götürməklə, Postsovet məkanı və regionda olan problemlərin əsas söz sahibi özünün olduğunu göstərmək istəyir. İndiki durumda hansısa konkret gözlənti və ya razılaşdırılmış format ortada yoxdur. Sabahkı görüş rutin bir görüş olacaq və son 10 ildə olan görüşlərdən heçnə ilə fərqlənməyəcək. Yəni, hal-hazırda Dağlıq Qarabağ probleminin həlli ətrafında hansısa ciddi girişim yoxdur”.
Zaur Əliyev: “Bu görüşü Ermənistanın son şansı olaraq görürəm”.

Nazirlərin sabah baş tutacaq görüşünün Ermənistan üçün son şans olduğunu vurğulayan siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevə görə, bu görüşdə ermənilərin siyasi oyunu baş tutmasa, Azərbaycan torpaqlarını qaytarmağa məcbur ola bilərlər:

“Azərbaycanın son illərdə hərb sahəsində əldə etdiyi müəyyən uğurlar artıq Ermənistan tərəfində qorxu ilə qarşılanır. Daima Azərbaycanın danışıqlar yolu seçəcəyinə ümid edən Ermənistan aprel hadisələrindən sonra artıq qarşısında hərbi hazırlıqlı və modern silahlı Azərbaycanı gördükdən sonra danışıqlara getməyə razılıq verir. Bu səfər isə artıq Ermənistanın özü bu təkıifləri irəli sürür. Çünki hərbi münaqişə başlayan andan Ermənistan Azərbaycan ordusunun işğalda olan torpaqlardan əlavə Qarabağın ermənilər yaşayan hissəsinin də əldən çıxmaq qorxusunu yaşayır.

Ermənistan Moskva görüşündə sülhməramlı məsələsini gündəmə gətirəcək. O tələb edəcək ki, münaqişə boyu ərazilərdə sülhməramlılar yerləşdirilsin. Bu təklif isə azərbaycan üçün o zaman qəbuledilən olar ki, ermənilər qeyd-şərtsiz işğalda olan torpaqlardan çıxsınlar. Bu görüşü mən Ermənistanın son şansı olaraq görürəm. Əgər bu səfər də onların siyasi oyunu baş tutmasa, çarənin torpaqları geri qaytarmaqda olacağını da bilirlər”. dle