» » AB ordusu üçün ilk addım atıldı – Qətnamə


AB ordusu üçün ilk addım atıldı – Qətnamə

Bölmə: Aktual
AB ordusu üçün ilk addım atıldı – QətnaməAvropa Birliyi ölkələri Avropa və dünyada təhlükəsizliyin pisləşməsi ucbatından müdafiə sahəsində əməkdaşlığı artırmalıdırlar

Axar.az xəbər verir ki, bu sözlər Avropa Parlamentinin qəbul etdiyi qətnamədə yer alıb. Sənəddə Avropa Birliyi ölkələrinin müdafiə xərclərini ölkələrin ümumdaxili məhsulunun 2%-nə qədər yüksəldtməli olduğu bildirilib:

“Bu, müdafiə ittifaqının yaradılması yolunda ilk addım olmalıdır. Müdafiənin gücləndirilməsi üçün Avropa Birliyinin ümumi ordusu yaradılmalı və əməliyyatlar üçün vahid baş qərargah yaradılmalıdır. Avropa hərbi layihələrinin başlanğıcı üçün maliyyələşdirməni xüsusi fondlar açaraq həyata keçirmək olar. İŞİD-lə mübarizə üçün isə antiterror koalisiyasına əlavə dəstək vermək lazımdır. Bunun üçün İraqda yeni hərbi missiya yerləşdirilə bilər”.

Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa Birliyi ordusunun yaradılmasını təklif etsə də, bu, bir çoxları tərəfindən etirazla qarşılanıb. Avropa ordusunun yaradılmasının ən böyük əleyhdarları ABŞ, Böyük Britaniya, Polşa sayılır. Ekspertlərin fikrincə, Trampın ABŞ-da hakimiyyətə gəlməsi və NATO ilə bağlı mövqeyi Polşanın bu məsələdə fikrini dəyişdirə bilər. dle